Regional Co-operation for Cultural Heritage Development
რეგიონალური თანამშრომლობა კულტურული მემკვიდრეობის განვითარებისათვის
Տարածաշրջանային համագործակցություն հանուն մշակութային ժառանգության զարգացման
Національна політика щодо культурної спадщини
Mədəni irsin inkişaf Etdimilməsi üçün regional əməkdaşlıq
Рэгіянальнае супрацоўніцтва ў мэтах развіцця культурнай спадчыны
 
E- Journal №3
Architectural Heritage Conservation
Azərbaycanın, dəyərli memarlıq abidələrinə qayğısı, günü gündən artır

Azərbaycanın, dəyərli memarlıq abidələrinə qayğısı günü gündən artır.Bunu,Azərbaycanın müxtəlif regionları üzrə,abidələrdə aparılan bərpa və konservasiya işlərinə və bu yönümdə həyata keçirilən müxtəlif yerli və beynəlxalq layihələrə əsasən demək olar.Bu abidələrin hər birinin biçim xüsusiyyətləri yerləşdiyi bölgələrə görə fərqlənir.Hər bir abidənin özünə məxsus xüsusiyyətləri vardır.Konservasiya və bərpa layihələrində,klasik bərpa kanonlarına əsaslanaraq,yeni yollar axtarılır,bu yolda tədqiqatlar aparılır.Bu,özünü daha çox konservasiya işlərində göstərir.Belə ki,abidələrin konservasiyası zamanı onun konstruktiv dayanıqlığını artırmaq məqsədi ilə və ona heç bir xələl gəlməməsi üçün müxtəlif müasir materiallardan konstruksiya layihələndirilərək həyata keçirilir.Belə konstruksiyalar müvəqqəti xarakter daşıyır və abidənin tam bərpası mümkün olmayan halda tətbiq edilir.Buna misal olaraq Qarabağlar türbə və minarələr kompleksini misal göstərmək olar. Abidənin konservasiyasında,minarələrin örtük konstruksiyası  metal dayaqlar üzərində şüşədən,Türbənin örtüyü isə ilkin vəziyyətinin məlum olmadığı üçün metal konstruksiyadan layihələndirilmişdir. Bu konstruksiya abidənin formasını təkrar edərək,onun yuxarı hissəsinə keçirilir. Abidənin 2001-ci ilin Dekabr ayının 12-sində "Lippsmeier" təşkilatı tərəfindən aparılan statik tədqiqatlar əsasında, "Delkmalpflege" Meklenburq tərəfindən bərpa layihəsi işlənmişdir.Layihə,"Mədəni İrsin Qorunması" çərçivəsində, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin, Naxçıvan Muxtar Respublikasının Qarabağlar kəndində yerləşən türbənin və iki minarənin bərpa işləri üzərində həyata keçirilmişdir.

İşlər üç mərhələdə həyata keçirilmişdir.İlkin işlərə azərbaycan ekspertləri tərəfindən,2001-ci ilin dekabr ayının 20-21-də başlanılmışdır.İşin ikinci mərhələsi 7-13 yanvarda,azərbaycan və beynəlxalq ekspertləri tərəfindən,nəhayət sonuncu mərhələ isə 15-25 fevral 2002-ci ildə həyata keçirilmişdir.Tələblərə əsasən komandanın üzvləri çox diqqətlə seçilmişdir.Belə ki,bu layihə yüksək tarixi dəyəri olan abidələrə toxunurdu.Əsas tədqiqatlar tarixi inşaat substansiyası üzərində cəmlənmişdir.Bu, konstruksiyanın vəziyyətini,tarixi inşaat ənənəsini,ilkin hissələrin sonradan əlavə olunan hissələrdən ayrılmasını,ilkin vəziyyətin analizini,həcmə aid olan gələcək həllərin əsası üçün,müəyyən elementləri tarixi dəyərini özündə əks etdirir.Layihənin elmi tarixi hissəsinin rəhbəri və baş arxeoloq Almaniyadan olan Manfred Şuller idi. O, tədqiqatların analizi və abidələrin konservasiyası üzrə keyfiyyətli nəzarətə cavabdeh idi. "Condescon ", Bakı komandasının üzvlərinə,Azərbaycan eksprtlərinə, Emil Şaxsuvarov rəhbərlik edirdi. Onun əsas vəzifəsi Naxçıvandakı layihənin texniki-material hazırlıqlarını təmin etmək idi.

Beynəlxalq standartlar çərçivəsində belə,Naxçıvan və Qarabağlarda olan abidələr yüksək tarixi dəyəri olan abidələr siyahısına aid edilə bilər.Qarabağlarda yerləşən kompleks,80-cı illərdə aparılan bərpa işlərinə baxmayaraq, öz ilkin görkəmi ilə zövq verir.Komplekslik və tikilinin mearlıq abidəsi kimi dəyəri,bu abidələrin YUNESKO Beynəlxalq Mədəni İrsi siyahısına daxil olmasına səbəb oldu.

Naxçıvanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Qarabağlar kəndində yerləşən abidələr kompleksi Kiçik Qafqaz silsiləsinin qocaman Araza endiyi çox əlverişli və səfalı ərazidə yerləşir.Abidə XII-XIV əsrlərə aid edilir.Bu şəhər və onun abidələri haqqında E. Çələbi, Moryer,Şopen,Xanikov və başqaları öz yazılarında məlumat vermişlər. (Şəkil 1)

Kompleks şəklində olan Qarabağlar abidələrinə türbə,qoşa minarə və onların arasında yerləşən dini binanın qalıqları daxildir.Tədqiqatçılar,minarələrlə əlaqəli olan bu qalıqları qalmış binanın, müqəddəs sayılan şəxslərin qəbri yaxınlığında tikilən Xanəgah olduğu qərarına gəlmişlər. Abidə, öz bitkin forması,konstruksiya baxımından unikallığı və dekorativ bəzəyinin zənginliyi ilə diqqəti cəlb edir. Tikili üzərində olan kitabələr dağıldığına görə,abidənin dəqiq tikilmə tarixini müəyyən etmək mümkün olmamışdır.

A.V.Salamzadənin fikrinə əsasən, türbələr, şərəfinə ucaldılan hökmdarın hakimiyyətinin qüdrətini,onun var dövlətini əks etdirməli idi. (Şəkil 2)

Türbə iki hissəlidir.Aşağı hissəsi sərdabə,yuxarısı isə yerüstü kameradan ibarətdir.Türbənin kürsü hissəsi yonma daşdandır.O,yer səthindən 1.85 m. hündürlükdədir. Yerüstü hissə öz forması ilə çox maraqlıdır.Daş kürsü üzərində yerləşən türbənin gövdəsi on iki yarımsilindrik birləşmələrdən əmələ gəlir ki,bu da onun görünüşünə xüsusi əzəmət verir. Qarabağlar türbəsinin təhlili göstərir ki,gövdə səthinin belə yarımsilindrik çıxıntılarla işlənməsi yalnız bədii dekorativ əhəmiyyətə malik olmayıb,eyni zamanda,mühəndis quruluşu cəhətdən də əhəmiyyətlidir. Bir- biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azltmaqla bərabər,eyni zamanda,türbəyə bir qala görkəmi də verir. Türbənin girişləri,dörd coğrafi cəhətlərə istiqamətlənən hissələrdə yerləşir.Türbənin səthi üzərində yaşıl şirəli kərpiclər,qırmızımtıl kərpic fon üzərində böyük kvadratlar əmələ gətirir.Bu kavadratlar çəpinə yerləşdirilərək,onların hər birinin içərisində "Allah" və " bisimillah" sözləri yazılmışdır. (Şəkil 3,4)

Türbənin hündürlüyü 16 m.-dir. Abidənin ilk örtüyü 1831-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmışdır. 80-cı illərdə aparılan bərpa işləri zamanı,abidənin silindrik formasını yarımsferik günbəzlə örtürlər. Abidənin sərdabəsinin örtük konstruksiyası xaçvari tağ konstruksiyadandır.Sərdabənin girişi şimali-qərb tərəfdə yerləşir.Onun eni 3.0 m.,uzunu isə, 6.9 m.-dir.Sərdabənin mərkəzi hissəsi yüngül tağvari günbəzlə örtülmüşdür.Günbəzin mərkəzində daxili mühitin işıqlandırılması üçün boşluq vardır.Sərdabənin tağının böyük hissəsi günbəzlə birlikdə dağılmışdır və 80-cı ildə aparılan bərpa zamanı yenidən qurulmuşdur.1926-cı ildə İ. Əzimbəyov, türbənin üstündə göy rəngli geniş kəmərin üzərində,salamat qalmış yazının bir hissəsini oxumuşdur. Burada hicri tarixi ilə 778-ci il (miladi 1376)göstərilmişdir.Hal hazırda kəmərin üzərindəki yazının çox hissəsi töküldüyü üçün onu oxumaq mümkün deyil. (Şəkil 5,6)

Araşdırmalardan məlum olmuşdur ki,Qoşa minarəni birləşdirən Baştağ,Hülakü xanın arvadı Qutay xatunun şərəfinə inşa olunmuşdur.Minarələrin hündürlüyü 17 m.dir.Minarənin səthində yaşıl rəngli kaşı çəkilmiş kərpiclərdən bəzəklər yaradılmışdır.Abidənin üzərində onun XII əsrə aid olduğunu göstərən kitabə vardır. Hər iki minarənin içərisində dolama pilləkanlar yerləşir. Abidənin,2002-ci ildə aparılan bərpa və konservasiyası zamanı, onun ilkin görkəminin qorunması əsas məqsəd olmuşdur. (Şəkil 7,8)

"Hər bir abidəmizdə tarixin izləri sezilməkdədir. Onları öyrənmək,onlara dəyər vermək və gələcək nəsillərə çatdırmaq hər birimizin,bütün bəşəriyyət sakinlərinin borcudur."

Sevil Amiraslanova
“Azerrestoration” 
Scientific Research and Design Institute

1. Kompleksin ümumi görünüşü
2. Türbə
3. Fraqment
4. Fraqment
5. Məscid
6. Qoşa minarə
7. Bərpa prosesi
8. Bərpa prosesi
RCCHD Project:
Office 16b, Betlemi ascent, 0105 Tbilisi, Georgia
Tel.: +995 32 2-98-45-27
E-mail: rcchd@icomos.org.ge
© 2012 - Eastern Partnership Culture Programme